“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihə qəbul olunur

 

Bakı, 9 oktyabr, AZƏRTAC

 

Ali və orta ixtisas təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsi elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir. Layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.