Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
“Azərbaycan” deyəndə!
Ürəklərdə döyünüm,
“Azərbaycan” deyəndə!
27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti üzrə ərazi partiya təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvləri və fəalları İkinci Şəhidlər xiyabanında Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib,məzarları üstünə gül dəstələri düzülüb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat və informasiya şöbəsi