Bakı Slavyan Universitetinin Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

      

      

Bakı Slavyan Universitetinin müəllim və tələbələri 27 Sentyabr-Anım Günü münasibətilə universitetin Vətən müharibəsində şəhid olmuş məzunları Nicat Şükürlünün Badamdardakı məzarını və Elnur Allahverdiyevin Sumqayıtdakı məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhid məzunların əziz xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətbuat və informasiya şöbəsi