Bakı Slavyan Universitetinin Məktəbəqədər və ibtidai təhsil fakültəsinin bir qrup fəal tələbəsi Şəhidlər xiyabanını ziyarət ediblər

      

   

27 sentyabr tarixində Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər və ibtidai təhsil fakültəsinin bir qrup fəal tələbəsi və təlim-tərbiyə işləri üzrə dekan müavini, dosent Sevinc Musayeva Şəhidlər xiyabanını ziyarət ediblər. Tələbələr Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Tələbələr o cümlədən fakültədə təhsil alan tələbə Həsənova Fəridənin qardaşı şəhid Həsənov Faiq Hüseyn oğlunun qəbrini ziyarət edib, qohumlarına səbr diləyiblər. 

Müzəffər Ali Baş Komandanın rəhbrliyi altında 30 illik həsrətə son qoyan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və yaralı hərbiçilərimizə isə şəfalar diləyirik. Tarixi səlnamə yazan şəhidlərimiz daim xalqın qəlbində yaşayaçaqlar!