Azərbaycan filologiyası fakültəsinin müəllim və tələbələri Şəhidlər xiybanını ziyarət ediblər

   

   

Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinin müəllim və tələbələri 27 Sentyabr-Anım Günü ilə əlaqədar olaraq Şəhidlər xiyabanını və “Əbədi məşəl” kompleksini ziyarət ediblər.Ziyarət zamanı müəllim və tələbələr Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad ediblər,həmçinin şəhid anaları ilə görüşərək onlara başsağlığı veriblər.

Şəhidlər ölməz,Vətən bölünməz!

                                               Mətbuat və informasiya şöbəsi