Bakı Slavyan Universitetinin Vətən müharibəsi şəhidləri

      

Bu gün Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsinin başlanmasından 1 il ötür. 44 gün davam edən və Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın böyük Qələbəsi ilə başa çatan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin şanlı və qürürverici səhifəsidir. Qeyd etmək istəyirik ki, Bakı Slavyan Universitetinin(BSU) 100 nəfərə yaxın məzunu Vətən müharibəsində iştirak edib. Onlardan 3-ü-Nicat Ayaz oğlu Şükürlü,Elnur Əli oğlu Allahverdizadə və Kənan Yalçın oğlu Rüstəmli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda şəhidlik zirvəsinə yüksəliblər.BSU-nun şəhid məzunları göstərdikləri igidlik və qəhrəmanlığa görə müxtəlif orden və medallarla təltif ediliblər.

Şəhid məzunlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır,onlara Allahdan rəhmət diləyirik!

Qarabağ Azərbaycandır!

Mətbuat və informasiya şöbəsi