Bakı Slavyan Universitetinin müəllimləri beynəlxalq konqresdə iştirak ediblər

   

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Təhsil İdarəçiləri Mütəxəssisləri Dərnəyi EYUDER, TOBB ETU İqtisadiyyat və Texnologiya Universiteti və Southern Connecticut State Universitetinin birgə əməkdaşlığı ilə keçirilən 12-ci Beynəlxalq Təhsil İdarəetmə Forumunda (EYFOR-12) Azərbaycanın bir qrup müəllim və təhsil işçiləri iştirak ediblər. Onlar əvvəlcə konfrans iştirakçıları ilə bərabər Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, sonra isə bölmə iclaslarında öz məruzələrini səsləndiriblər.

Beynəlxaq konqresdə Bakı Slavyan Universitetini (BSU) Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin müdiri, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi,filologiya üzrə fəlsəfə doktoru Ziyafət Qasımova və BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi Ruhəngiz Qəribova təmsil ediblər.

Ziyafət Qasımova “Bakı Slavyan Universitetinin tələbələrinin türk dili dərslərində imla qaydaları ilə bağlı buraxdığı səhvlər haqqında”, Ruhəngiz Qəribova “Kitabi-Dədə Qorqud” dastanında qadın surətləri və igidlik nümunələrinin orta məktəbdə tədrisi” adlı məruzələrlə çıxış edib.Onların çıxışları konqres iştirakçıları tərəfindən böyük marağa səbəb olub, mövzu ilə bağlı müxtəlif suallar səsləndirilib,sertifkatlar təqdim edilib.

                                                                Mətbuat və informasiya şöbəsi