Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər

   

   

Sentyabrın 23-də Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin bir qrup tələbəsi və təlim-tərbiyə işləri üzrə dekan müavini,dosent Quba Məcidova 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını itirən qəhrəman şəhidlərimizin xatirəsini anmaq üçün Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar xalqımızın igid,cəsur övladlarını ehtiramla anaraq məzarları üzərinə gül dəstələri düzüblər. 

Şəhidlər ölməz,Vətən bölünməz!

Qarabağ Azərbaycandır!

Mətbuat və informasiya şöbəsi