Təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib

 

Bakı, 22 sentyabr, AZƏRTAC

 

Nazirlər Kabineti təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblərlə bağlı qərar verib.

AZƏRTAC xəbər verir ki, qərara əsasən, aşağıdakı tələblər müəyyənləşib:

- yeməkxanalara (bufetlərə) yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

- təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

- ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

- yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

- yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

- yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

- yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);

- təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.