“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir.
Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir. Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir.
Qaliblər pul mükafatı ilə mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək istəyən tələbələr esselərini (esse.vetenim@gmail.com) e-mail adresinə göndərə bilərlər.
Daha ətraflı AFİŞAda qeyd olunub.