Bakı Slavyan Universitetinin tələbəsi Banu İbrahimli I yerə layiq görülüb

   

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin II tədris ili tələbəsi Banu İbrahimli “ASAN Könüllülük Məktəbi”nin “Master 1” pilləsi çərçivəsində 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində könüllü fəaliyyətini başa vurduğuna görə I dərəcəli şəhadətnaməyə layiq görülüb.

Bundan əlavə, "ASAN Könüllüləri" Təşkilatının və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Gənclər Simpoziumunda iştirak etdiyinə görə və "Fransız dili kursu" təlimini uğurla tədris etdiyi üçün təltif olunub.

Mətbuat və informasiya şöbəsi