ELGER Beynəlxalq Elm və Tədris Mərkəzinin, İsveçin Gothenburg Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Bakı Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax Filialının təşkilatçılığı ilə “ Qarabağ: Zəfərə gedən yol” adlı XVII beynəlxalq elmi konfrans keçirilib.
Məlumat üçün bildiririk ki,bu konfransda çıxış etmək üçün Azərbaycan, Türkiyə, Qazaxıstan, İsveç, Rusiya, Ukrayna olmaqla, 6 ölkədən 170 nəfərə yaxın iştirakçı müraciət edib və göndərilən məqalələrdən 95-i məruzə edilmək üçün qəbul edilib. Konfransda Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinin III tədris ili tələbəsi Fatimə Ələkbərova “ Zəfər addımları” adlı məqalə ilə çıxış edib və sertifikata layiq görülüb.
Qeyd edək ki,Fatimə Ələkbərovanın məqaləsinin əsas məqsədi Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın qazandığı Qələbəni bütün dünyaya çatdırmaq və qəhrəman əsgərlərimizin igidliklərini göstərmək idi. Məqalənin giriş hissəsində Qarabağın müqəddəs torpaq olduğu və Türk xalqlarının böyük ideoloqlarından biri olan İsmayıl Qaspıralının torpağın dəyəri haqqında dediyi kəlam qeyd edilib.
Məqalənin əsas hissəsində isə şanlı Aprel döyüşlərindən, Günnüt əməliyyatından,Tovuz döyüşlərindən, həmçinin 44 günlük Vətən müharibəsindəki Zəfərdən bəhs edilib.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti ,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəyərli fikirləri xüsusi yer alıb.Həmçinin Vətən müharibəsində Azərbaycana dəstək olan dövlətlərin , xüsusən də qardaş Türkiyənin dəstəyi vurğulanıb, sonda isə Bakıda keçirilən möhtəşəm Zəfər paradı haqqında məlumat verilib.
Mətbuat və informasiya şöbəsi