Bakı, 9 sentyabr, AZƏRTAC
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, II ixtisas qrupunda beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə) ixtisasları ləğv edilərək III ixtisas qrupuna keçirilib.