Emin Əmrullayev hər bir vətəndaşı təhsilin hücumdan müdafiəsi ilə bağlı paylaşımlara dəstək olmağa çağırıb

Bakı, 9 sentyabr, AZƏRTAC

 

Sentyabrın 9-u Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev şəxsi feysbuk səhifəsində paylaşım edib.

Qeyd olunub ki, Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən şagirdlərimiz həyatını itirmiş, məktəblərimiz məhv edilmiş, yaxud qəzalı vəziyyətə düşmüşdür. Bütün dünya ictimaiyyəti törədilmiş bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack və #UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq.