Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.  

Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5 (həftəiçi 5 gün), eləcə də (+994) 51 206 78 48) “Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı məlumatı Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən "Virtual bələdçi" bölməsinə yerləşdirilmiş sual-cavab faylından da əldə edə bilərlər: https://edu.gov.az/az/faq

 

#TəhsilNazirliiyi #EduAz #AliTəhsil