Ali təhsil müəssisələrində distant tədris tətbiq oluna bilər

Bakı, 7 sentyabr, AZƏRTAC

 

Ali təhsil müəssisələrində distant tədris tətbiq oluna bilər.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

O bildirib ki, pandemiya davam etdiyi üçün 50-60 nəfərlik auditoriyalarda mühazirələrin keçirilməsi qaydalara uyğun deyil. Təhsil müəssisələrinin daxili tədris planına uyğun olaraq müəyyən dərslər distant keçirilə bilər. Distant tədrislə bağlı artıq təhsil müəssisələrində təcrübə var.