Ali məktəblərdə mühazirələrdə tələbə sayına nəzarət ediləcək

Bakı, 7 sentyabr, AZƏRTAC

 

Ali təhsil müəssisələrində mühazirələrdə tələbələrin sayına nəzarət ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

O bildirib ki, auditoriyalarda 50-60 nəfər tələbəyə mühazirə oxunması karantin qaydalarına uyğun deyil.