Sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da ali və orta təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

O bildirib ki, mərhələlərdə bütün təhsil pillələrində ənənəvi tədris bərpa olunacaq.