Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin onlayn qeydiyyatı başlayır

 

Sentyabrın 7-dən Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq.Tələbə adını qazanmış şəxslər 20 sentyabr 2021-ci il tarixinədək http://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.

Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri Ali məktəbə göndərilməyəcək.

 

#TəhsilNazirliyi #EduAz #AliTəhsil