Ali təhsil müəssisələrinə qeydiyyat onlayn qaydada – “portal.edu.az” platforması vasitəsilə aparılacaq

Bakı, 4 sentyabr, AZƏRTAC

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – “portal.edu.az” platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.