Bakı Slavyan Universitetinin əməkdaşı Təhsil Nazirliyinin keçirdiyi müsahibədə iştirak edib

        Sentyabrın 2-də Bakı Slavyan Universitetinin Əcnəbi tələbələrlə iş üzrə dekanlığının əməkdaşı Günel Üstündağ Təhsil Nazirliyi tərəfindən "Azərbaycanda Beynəlxalq Ali Təhsil İmkanları" mövzusunda keçirilən tədqiqat layihəsi üçün “Zoom” platforması vasitəsi ilə təşkil olunan müsahibədə yeni tədris ilində əcnəbilərin qəbul prosesi, pandemiya dövründə əcnəbi tələbələrlə iş prosesi, əcnəbi tələbələrin həyat şəraiti, problemləri və digər vacib məqamlar haqqında məlumat verib. Universitetin müxtəlif təhsil pillələrində təhsil alan əcnəbi tələbələrin azərbaycanlı tələbələrin mühitinə inteqrasiyası , əcnəbi tələbələr üçün fəaliyyət göstərən universitet yataqxanasının mövcudluğu və şəraiti müzakirə olunan əsas məsələlərdən biri olub.

Mətbuat və informasiya şöbəsi