Pandemiya dövründə Bakı, Sumqayıt və Abşeron üzrə şagird sıxlığı yüksək olan məktəblərdə COVİD-19 ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün "Məktəblinin dostu" layihəsinə #könüllü dəstəyi göstərən "BİR" tələbə-könüllülər mükafatlandırılıb.
Mərasimdə layihə meneceri Səməd Rzazadə, "Bir Könüllü" Təşkilatının sədri Elnur Mirzəzadə iştirak ediblər.
Mərasim zamanı Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin IV tədris ili tələbəsi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin universitet üzrə koordinatoru Samirə Fərəcova, Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin universitet üzrə koordinatoru Nizami Xəlilov və həmin fakültənin III tədris ili tələbəsi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin universitet üzrə koordinatoru Ləman Cavadova layihədə uğurlu fəaliyyətlərinə görə sertifikatla təltif olunublar.Həmçinin mərasimdə BSU-nun bir neçə tələbə-könüllüsü də sertifikatla təltif ediliblər.
Qeyd edək ki, layihədə 226 ümumtəhsil müəssisəsində 700 tələbə-könüllü sıxlığın tənzimlənməsi məqsədilə könüllü fəaliyyət göstərib.
#bir #birkonullu #TəhsilNazirliyi #Eduaz #MəktəblininBİRdostu
Mətbuat və informasiya şöbəsi