Bakı Slavyan Universitetinin tələbələri yardım layihəsi həyata keçiriblər-FOTOLAR

      

      

Avqustun 9-da Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin I tədris ili tələbəsi, Tələbə Gənclər Təşkilatının üzvü Aynur Əliyeva Lənkəran şəhərindəkii Osman Mirzəyev adına qarışıq tipli uşaq evində yardım layihəsi həyata keçirib. Layihədə BSU-nun tələbələri Aydan Süleymanova, Səbinə Hüseynova, Ayşən Məmmədova, Nihad Əliyev, Vasif Məmmədov və Nailə Pənahova da iştirak ediblər. Uşaqlar üçün ərzaq, oyuncaq və geyimlər aparılıb. Qeyd etmək lazımdır ki, Lamiyə Əliyeva, Ramal Ulubəyli, Fatimə Dadaşova, Aysel Kərimli, Nailə İsayeva, Səidə Ağayeva və Fazil Ayvazalı adlı şəxslər də yardım üçün öz töhfələrini veriblər.

Mətbuat və informasiya şöbəsi