“Ali təhsil müəssisələrinin saytı, marketinq, reytinqlər və sərgi-portalların işlənməsi” mövzusunda təlim

 

Təhsil Nazirliyi tərəfindən Xəzər Universitetində “Ali təhsil müəssisələrinin saytı, marketinq, reytinqlər və sərgi-portalların işlənməsi” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycanın 12 universitetinin nümayəndəsi iştirak edib.
 
Təlim zamanı Azərbaycanın və xarici ölkə universitetlərinin vebsaytlarının və dünya reytinqində universitetlərin iştirakı üçün görülən işlər təhlil edilib,maraqlı müzakirə aparılıb.
 
Bakı Slavyan Universitetinin Əcnəbi tələbələrlə iş üzrə dekanlığının əməkdaşları Gülsəfa Əliyeva və Günel Üstümdağ təlimdə iştirak ediblər.
 
Mətbuat və informasiya şöbəsi