“Ali təhsil müəssisələrinin saytı, marketinq, reytinqlər və sərgi-portalların işlənməsi” mövzusunda təlim

 

İyulun 14-də  Təhsil Nazirliyi tərəfindən  Xəzər Universitetində  “Ali təhsil müəssisələrinin saytı, marketinq, reytinqlər və sərgi-portalların işlənməsi” mövzusunda təlim keçirilib. Təlimdə  Azərbaycanın 12  universitetinin nümayəndəsi iştirak edib.

Təlim zamanı Azərbaycanın və xarici ölkə  universitetlərinin  vebsaytların və dünya reytinqində universitetlərin  iştirakı üçün görülən işlər təhlil edilib,maraqlı müzakirə aparılıb.

Bakı Slavyan Universitetinin Əcnəbi tələbələrlə iş üzrə dekanlığının əməkdaşları Gülsəfa Əliyeva və Günel Üstümdağ təlimdə iştirak ediblər.

 

                                                                      Mətbuat və informasiya şöbəsi