6 iyul saat 17:00-da 2021-ci il üzrə xaricdə doktorantura təhsilinə sənəd qəbulu ilə bağlı canlı yayım təşkil ediləcək.

Canlı yayım zamanı Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sizi maraqlandıran bütün suallara aydınlıq gətiriləcək.
 
Canlı yayımı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən izləyə bilərsiniz.
 
Mövzuya dair suallarınızı postun rəy bölməsində qeyd etməyi unutmayın.