“2019-2023 Dövlət Proqramı”nın təşkilatçılığı ilə 09 iyul 2021-ci il, saat 16:00-da “Təhsil və bacarıqlar: qlobal perspektivlər” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Belçikanın Gent Universitetinin doktorantı Gülay Məmmədova və Böyük Britaniya Qlazqo Universitetinin doktorantı Məcid Bayramlı çıxış edəcək.
 
Vebinarın keçirilməsində əsas məqsəd “Təhsil ixtisası”nın qlobal perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsi üzrə təhsil ixtisası proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.
 
Vebinar "Microsoft Teams" proqramı üzərindən keçiriləcəkdir.
 
Vebinara qeydiyyat üçün linki keçiddən əldə edə bilərsiniz: https://docs.google.com/.../1FAIpQLScAhSSIlxE6zu.../viewform