Doktoranturaya (vətəndaş və əcnəbi) qəbulun elektron qeydiyyatı

 

 

 

 

Sual 1. Qəbul modulu nədir?

Qəbul modulu vasitəsilə təhsil müəssisəsinə qəbul olmuş və qəbul olmaq istəyən şəxslərin müraciətlərinə baxılacaq və müraciətlər statuslarla izlənilə biləcək.

Sual 2. Qəbul moduluna necə daxil olunur?

Qəbul moduluna daxil olmaq üçün atis.edu.az saytına daxil olduqdan sonra Qəbul moduluna keçid etmək lazımdır. Qəbul modulunun üzərinə sıxdıqda aşağıdakı (Şəkil 1.) səhifə açılacaq. Burada müraciət etmiş şəxslərin siyahısı əks olunur. Hansı müraciətə baxılıb, münasibət bildiriləcəksə, həmin müraciətin üzərinə sıxmaq və müraciətin detallar səhifəsinə daxil olmaq lazmdır.

Filtrdən istifadə etməklə, fəlsəfə və elmlər doktorluğuna müraciət edənlərə ayrı- ayrılıqda baxmaq mümkündür.

Şəkil 1.


 

 

Sual 3. Doktorantura üzrə detallar səhifəsi nə üçündür və necə istifadə edilir?

Şəxsin hər bir müraciəti ayrı-ayrılıqda sistemə düşür və hər müraciət üzrə sənədlər, şəxsi və digər məlumatlar detallar səhifəsində əks olunur.

Müraciət ayarları bloku (Şəkil 2.)

Bu blokdan müəssisə müraciətin statusunu təyin edə bilir. Məsələn, müraciətçinin sənədlərində çatışmazlıq aşkar olunduqda geri qaytarıldı status seçilir, müvafiq qeyd və qoşma əlavə edilərək, yadda saxla düyməsi sıxılır. Detallar səhifəsində olan bütün yadda saxla düymələri eyni funskiyanı icra edir, daxil edilmiş məlumatlar əsasında status yeniləyir.

Qeyd: Yadda saxla düyməsini sıxmazdan əvvəl mütləq hər şeyin düzgün daxil edildiyinə əmin olmaq lazımdır.

Müraciət tarixi xanasında müraciətin ilk dəfə daxil olduğu tarix əks olunur.

 

Qeyd xanasında müraciətçiyə geridönüş edilən mətn daxil edilir. Mətn daxil edilməyə də bilər. Mətn daxil edildiyi təqdirdə minimum 3, maksimum isə 150 söz ola bilər.

Qoşma xanasında isə müraciətçiyə göndəriləcək qoşma əlavə edilir.

Şəkil 2.


 

 

Sual 4. Statusların mənası nədir? Statusların təyin olunma halları hansılardır?

Şablon mətn: bu mətn məlumat xarakterlidir. Müəssisənin tələbəyə göndərməsi üçün deyildir. Bunu cari statusa uyğun olaraq sistem təhsilalana təhsilalana göstərir. Müəssisə öz mətnini yazmaqda tam sərbəstdir. Sadəcə mətnlər tərtib edilərkən, şablon mətnlərlə uyğun olmalıdır.

Şablon mətnlərlə əlaqədar təklifləriniz olarsa, məsul şəxslərə təqdim edilə bilər.

Xüsusi qeyd: Müraciətçilərə qəbul edilməklə bağlı statuslar təyin edildikdə, Əmrlər modulunun Qaralama səhifəsində avtomatik sistem tərəfindən müvafiq parametrlərlə qəbul əmri formalaşır. Proses başa çatdıqdan sonra müəssisə tərəfindən sadəcə, əmrin nömrəsi, tarixi, əmri imzalayanlar barədə məlumatlar daxil edilməklə əmr təsdiq edilir.

 

 

Status

Təsvir

Şablon mətn: yuxarıdakı qeydə bax

Qaralama

Qaralama statusu şəxs məlumatları yadda saxladığı zaman verilir. Hansı ki müraciəti göndərməyib. Sistem bu statusu avtomatik verir.

Siz müraciətinizi

tamamlamamısınız. Müraciətinizin qeydə alınması üçün zəhmət olmasa müraciətinizi tamamlayın.

Müraciət edildi

Tələbənin şəxsi kabinetində Müraciət et düyməsi sıxıldıqdan sonra sistem bu statusu avtomatik verir.

Sizin müraciətiniz qeydə alınmışdır. Müraciətinizə müəssisə tərəfindən baxıldıqdan sonra geridönüş ediləcəkdir.

Geri

qaytarıldı

Əlavə məlumat tələb edildikdə müəssisə tərəfindən təyin edilir

Sizin müraciətinizə müəssisə tərəfindən baxılmışdır. Müraciətiniz üzrə tələb olunan düzəlişləri edib, müraciətinizi tamamlamağınız xahiş olunur.

 

 

Yoxlanıldı

Müəssisə müraciəti yoxlayıb, elmi rəhbərlə görüş təyin etdikdə bu statusu təyin edir. Elmi rəhbərlə görüşün vaxtı bu statusla göndərilməlidir.

Elmlər doktoru üçün müraciət edənlərdə müsahibənin vaxtı bu statusla göndərilir.

Sizin müraciətiniz müəssisə tərəfindən yoxlanılaraq, qəbul edilmişdir. Nəzərdə tutulmuş elmi rəhbərlə görüş vaxtı müəssisə tərəfindən bildiriləcəkdir.

 

 

 

İmtahan buraxılış

Bu statusu müəssisə tələbəni ingilis dili imtahanına buraxdıqda təyin edir.

Elmlər doktoru üçün bu status mövcud deyildir.

Elmi rəhbəriniz təyin edilmiş və ingilis dili üzrə imahan buraxılmısınız. Adınız imtahana buraxılan şəxs kimi Dövlət İmtahan Mərkəzinə göndəriləcəkdir.

İmtahan tarixi və vaxtı Dövlət

İmtahan Mərkəzi tərəfindən elan ediləcəkdir.

İmtahana keçildi

İmtahan keçildikdə müəssisə tələbəyə imtahan blokundan

İngilis dili imtahanın nəticəsini təyin edir. Bu zaman status avtomatik təyin ediləcək. Elmlər doktoru üçün bu status mövcud deyildir.

İngilis dili imtahanını verərək, növbəti mərhələyə keçdiniz.

Fəlsəfə imtahanı

Fəlsəfə imtahanının vaxtı və yeri təyin edildikdə bu statusu

müəssisə təyin edir.

Elmlər doktoru üçün bu status mövcud deyildir.

Fələsə imtahanın tarixi, yeri və vaxtı barədə müəssisə tərəfindən təqdim edilmişdir.

Fəlsəfə imtahanı keçildi

İmtahan keçildikdə müəssisə tələbəyə imtahan blokundan Fəlsəfə imtahanının nəticəsini təyin edir. Bu zaman status avtomatik təyin ediləcək.

Müəssisə mətn və qoşma əlavə edə bilər.

Elmlər doktoru üçün bu status mövcud deyildir.

Fəlsəfə imtahanından məqbul nəticə əldə edərək, növbəti mərhələyə keçdiniz.

İxtisas imtahanı

İxtisas imtahanın vaxtı və yeri təyin edildikdə bu statusu

müəssisə təyin edir

Elmlər doktoru üçün bu status mövcud deyildir..

İxtisas imtahanın tarixi, yeri və vaxtı barədə müəssisə tərəfindən təqdim edilmişdir.

İxtisas imtahanı keçildi

İmtahan keçildikdə müəssisə tələbəyə imtahan blokundan İxtisas imtahanının nəticəsini təyin edir. Bu zaman status

avtomatik təyin ediləcək.

Fəlsəfə imtahanından məqbul nəticə əldə edərək, növbəti mərhələyə keçdiniz.

 

 

 

Müəssisə mətn və qoşma əlavə edə bilər.

 

Elmlər doktoru üçün bu status mövcud deyildir.

 

Ödəniş edilməlidir

Müəssisə tərəfindən müraciətə baxıldıqda, ödəniş etməli olduğu barədə qeyd edərsə, bu statusu müəssisə təyin edir.

 

Xüsusi qeyd: Ödəniş məlumatları düzgün olmazsa, tələbənin kabinetinə düzgün məlumat ötürülməyəcək.

Maliyyədə tələb olunan məlumatları dəqiq doldurmaq lazımdır.

Müraciətiniz müəssisə tərəfindən qəbul edildi, müraciətiniz üzrə

ödəniş etməyiniz xahiş olunur.

Ödəniş edildi

Ödəniş edilən zaman sistem və ya müəssisə tərəfindən təyin edilir

 

Status barədə açıqlama: Bu statusu müvafiq invoys üzrə online ödəniş edildiyi zaman sistem təyin edir və müəssisəyə də göndərilir.

Müraciətiniz üzrə ödəniş etmisiniz. Ödəniş müəssisə tərəfindən yoxlanıldıqdan sonra müraciətiniz barədə yekun rəy bildiriləcək.

 

 

Qəbul edildi

Müəssisə müraciəti təsdiqləyib, tələbəni qəbul etdikdə təyin edir.

Müraciətiniz müəssisə tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.

Dövlət sifarişi ilə qəbul edildi

Tələbəni qəbul etdikdə müəssisə təyin edir

 

Bu zaman tələbə ödənişə yönəldilmir.

Müraciətiniz müəssisə tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.

Güzəştli qəbul edildi

Tələbəni qəbul etdikdə müəssisə təyin edir

 

Bu zaman tələbə ödənişə yönəldilmir.

Müraciətiniz müəssisə tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.

Möhlətlə qəbul edildi

Müəssisə təyin edir

Tələbəni qəbul etdikdə müəssisə təyin edir

 

Bu zaman tələbə ödənişə yönəldilmir.

Müraciətiniz müəssisə tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.

Qəbul edilmədi

Müəssisə ödəniş olmadıqda və ya hər hansı bir səbəbdən imtina verdikdə təyin edir.

Müraciətiniz müəssisəniz tərəfindən qəbul edilmədi.

 

 

 

Sual 5. Şəxsi məlumatlar bloku nədir?

Bu blokda müraciət edən şəxsin şəxsi məlumatları əks olunur. Məlumatlar müraciətçinin şəxsi kabinetindən avtomatik gəlir və müəssisə tərəfindən məlumatlar dəyişdirilə bilməz. Müəssisə bu hissədə sadəcə məlumatlara baxır və müvafiq hərəkətini edir.

Bu blokda müəssisə üçün redaktə imkanları yoxdur.

Hər hansı səhv olduqda isə, tələbəyə geridönüş edilə bilər.

 

Yoxlanıldı statusu təyin olunanadək məlumatlar dəqiq yoxlanılmalıdır ki, sonrada redaktə imkanları olmayacaqdır.

Şəkil 3.


 

 

 

 

Sual 6. Qəbul məlumatları bloku nə üçündür.

Qəbul məlumatları hissəsindən isə müəssisə müraciətçinin qəbul olmaq istədiyi ixtisas məlumatları barədə seçimlərini görür. Hər hansı uyğunsuzluq gördükdə bu barədə müraciətçiyə ərizəsində düzəliş edilməsi barədə bildiriş göndərir.

Yoxlanıldı statusu təyin olunanadək məlumatlar dəqiq yoxlanılmalıdır ki, sonrada redaktə imkanları olmayacaqdır.

Şəkil 4.


 

 

Sual 7. Sənədlər bloku nə üçündür?

Bu bloka müraciətçinin əlavə etiyi sənədlər əks olunur. Aşağıdakı şəkildə sırf əcnəbi üçün nümunədir. Bu blokda müəssisə üçün redaktə imkanları yoxdur.

 

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tələb olunan sənədlər müvafiq qaydada müraciət edən şəxslər tərəfindən əlavə edilir və müəssisə tərəfindən izlənilə bilir.

Müraciətçi limitsiz sayda digər sənəd əlavə edə bilər. Müəssisəyə lazım olan hər hansı əlavə sənədin digər sənəd kimi yüklənilməsi müraciət edən bildirilə bilər.

Şəkil 5.


 

 

Sual 8. İmtahan, ödəniş, statusların tarixçəsi blokları nə üçündür?

  1. İmtahan bloku.

İmtahan blokundan müraciətçinin imtahan nəticələri daxil edilir. Hər imtahanın nəticəsi prosesə uyğun ardıcıllıqla daxil edilməlidir.

İngilis dili imtahanının ntəciəsi ingilis dili imtahanı xanasına daxil edilir. Keçid 25 baldır. 24 və daha aşağı bal daxil edildikdə, müraciət yadda saxlanılarsa, avtomatik Qəbul edilmədi statusu əlavə ediləcəkdir. Bu hissədəd diqqətli olmaq mütləqdir.

Fəlsəfə və ixtisas imtahanlarında da eyni qaydada bal və məqbul və ya qeyri-məqbul seçimləri daxil edilir. Əgər nəticəni balla qiymətləndirmək mövcud deyildirsə, 0 yazılması kifayətdir. Müraciət məqbul seçimi edildə status müvafiq imtahan keçildi, qeyri-məqbul seçildikdə isə qəbul edilmədi statusu alır.

 

 

  1. Ödəniş bloku.

Bu blokda müəssisə üçün redaktə imkanları yoxdur. İxtisası təhsil haqqı xanasında müəssisənin müraciətçinin müraciət etdiyi müvafiq ixtisas üzrə müəssisənin Maliyyə modulunda daxil etdiyi təhsil haqqı məbləği, ilkin ödəniş faizi və məbləği xanalarında təyin edilmiş ödəniş şərti əsasında məlumat əks olunur. Digər xanalar isə online ödəniş edildikdə avtomatik əks olunur.

 

  1. Statusların tarixçəsi.

Bu blokda müəssisənin müraciət üzərində icra etdiyi bütün əməliyyatlar əks olunur.

Dəyişikliklərin kimin tərəfindən icra edildiyi də əks olunur.

Şəkil 6.