Bakı Slavyan Universiteti 2021-ci il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul elan edir

Bakı Slavyan Universiteti

2021-ci il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul elan edir

 

***Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün disser­tanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaqdır.

Qəbul qaydaları haqqında məlumatı BSU-nun doktorantura və dissertantura şöbəsindən almaq olar. Yalnız xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər sənəd qəbulunda iştirak edə bilərlər. Əlavə olaraq bildirilir ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Təlimatlarla www.tedris-bsu.org saytında tanış olmaq mümkündür. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il iyulun 1-i saat 9.00-dan etibarən mümkündür. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun son tarixi 15 iyul 2021-ci ildir (fəlsəfə fənni üzrə imtahan 2021-ci il sentyabrın 1, 2 və 3-də, ixtisas imtahanı isə 2021-ci il sentyabrın 9 və 10-da keçiriləcəkdir).

Telefon- +994 (12) 5990870 (daxili: 216).

Ünvan- AZ 1014, S.Rüstəm küçəsi 33.

Elektron ünvan: doktorantura@tedris-edu.org