İyunun 25-də Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Qarabağ uğrunda 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ictimaiyyəti və tələbələr arasında həyata keçirdiyi işlərə, həmçinin dünya gəncləri arasında apardığı siyasətə görə "Qafqaz-Media" İctimai Birliyi tərəfindən "Xarı bülbül" medalı ilə təltif edilib.
Qeyd edək ki, "Xarı bülbül" medalını və müvafiq vəsiqəni dosent Xanım Sultanovaya "Qafqaz-Media" İctimai Birliyinin sədri, şair, publisist,həkim-jurnalist, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Hacı Azadə Taleh Abbasqızı( Hüseynova) təqdim edib və ona elmi-pedaqoji və sosial fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.
Biz də bu münasibətlə dosent Xanım Sultanovanı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.
Mətbuat və informasiya şöbəsi