Bakı Slavyan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Anar Nağıyev kollektivə təqdim edilib

İyunun 24-də Bakı Slavyan Universitetinin ( BSU) rektoru vəzifəsini müvəqqəti icra edən Anar Nağıyev universitetin kollektivinə təqdim edilib. Anar Nağıyevi BSU-nun kollektivinə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev təqdim edib. Yaqub Piriyev təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Anar Nağıyevin BSU-nun rektoru vəzifəsini müvəqqəti icra edəcəyini bildirib və ona gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.

Təqdimat mərasimində BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova çıxış edərək Anar Nağıyevə uğurlar arzulayıblar. Qeyd edək ki, Anar Nağıyev Təhsil Nazirliyinin Elm,ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyir.

 

BSU-nun Mətbuat və informasiya şöbəsi