Bakı Slavyan Universitetində “ İnklüziv təhsil:təcrid olunmadan inklüziyaya doğru” adlı təlim başa çatıb

     

     Bakı Slavyan Universitetinin Startap Qrupu tərəfindən 21.06.2021-23.06.2021-ci il tarixlərində İnklüziv təhsilə dəstək üçün keçirilən “Təcrid olunmadan inklüziyaya doğru”adlı təlim uğurla başa çatıb. Keçirilən tədbirdə Azərbaycan bölməsinin təlimçisi İbtidai təhsil kafedrasının müəllimi Sevinc Qarayeva bu gün məktəb və müəllimlərin qarşılaşdıqları əsas məsələləri əhatə edərək inklüziyaya dair geniş mənzərənin yaradılması üçün tələbələri “inklüziya” anlayışı, inklüziyanın tərkib hissələri, inklüziyanın üstünlükləri ilə tanış edib. Təlimin məqsədi cəmiyyətin diqqətini maksimum dərəcədə inklüziv təhsil mövzusuna yönəltmək və dövlət tərəfindən müəyyən edilmiş inklüziv təhsilin geniçləndirilməsinə dəstək olmaqdan ibarətdir. 
 
     Təlimin ilk günündə “İnklüziv təhsil nədir?” mövzusunda müzakirə aparılıb.Mövzunun müzakirəsi zamanı “İnklüziv təhsil nədir?” “İnklüziya” anlayışı,İnklüziv təhsil nədir? İnkişaf tarixi, İnklüziv təhsilin elementləri, İnklüziv təhsilin prinsipləri, hüquqi əsaslandırma, Azərbaycanda və dünyada əlilliyi olan uşaqlarla bağlı məlumatlar, İnklüziv dəyərlər, Əlillik nədir? Əlilliyin tibbi, xeyirxahlıq və sosial modeli,damğalanma və bullinq nədir? Əlilliyi olan uşaqların damğalanmasının mənfi təsirləri, Funksionallıq, Əlillik və Sağlamlığın Beynəlxalq Təsnifatı(FBT), öyrənmə və iştiraka əngəl olan maneələr, təhsildə inam, paylaşma və dəstək mühitinin formalaşdırılması,müəllimlər necə öyrənirlər,refleksiya yolu ilə öyrənmə,özünü refleksiya üsulları barədə məlumat verilib.
 
     Təlimin ikinci günündə “ Universal öyrənmə dizaynı” mövzusunda müzakirə aparılıb.Mövzunun müzakirəsinin gedişində uşaqyönümlü pedaqogika, inklüziv təhsilin tətbiqində uşaqyönümlü pedaqogikanın əhəmiyyəti, uşaqyönümlü pedaqogikanın əsas xüsusiyyətləri,müəllimələrin rolunun dəyişməsi,müxtəlif təlim metodları, universal öyrənmə dizaynı(UÖD),təlim mühitinin adaptasiyası, təlim metodlarının adaptasiyası,təlimdə akkomodasiya və modifikasiya, UÖD-nin prinsipləri,inklüziv dərsin planlaşdırılması və tətbiqi,İnklüziv sinif üçün dərsin planlaşdırılması,təcrübədə inklüziv təhsil, diferensial təlim,diferensial təlimin prinsipləri,diferensial məzmun,diferensial fəaliyyət,diferensial tapşırıqlar,əsas sinif strategiyaları və adaptasiya, yardımçı texnologiyalardan istifadə,əyani vəsaitlərin hazırlanması və istifadəsi,resursların saxlanılması və idarə edilməsi haqqında məlumat verilib.
 
     Təlimin üçüncü günündə isə “ Uşaq və ailəyə dəstək planı”mövzusu müzakirə olunub.Müzakirə zamanı inklüziv siniflərdə qiymətləndirmə,inklüziv qiymətləndirmənin əsas elementləri, qiymətləndirmə növləri, ənənəvi qiymətləndirmə strategiyalarının mənfi təsirləri,qiymətləndirmə meyarları, qiymətləndirmə üsulları, əməkdaşlıq,Peşəkar Təlim İcmaları(PTİ)-(metodbirləşmə), PTİ-nin prinsipləri,müəllimlər arasında əməkdaşlıq modelləri, valideynlər və icma ilə əməkdaşlıq, digər peşə sahibləri ilə əməkdaşlıq və ya inklüziv təhsildə tərəfdaşlar,uşaq və ailə dəstək planları,təlim hədəfləri,uşaq və ailə dəstək planı necə hazırlanmalıdır? Fərdi tədris planı (FTP),fərdi tədris planının əsas prinsipləri barəsində məlumat verilib.
 
     Təlimin son günündə iştirakçılar arasında anket əsasında sorğu aparılıb. Anket təlimin keyfiyyəti, iştirakçıların gözləntiləri, hansı mövzuları daha ətraflı öyrənmək istədikləri kimi suallarla əlaqədar iştirakçıların rəyləri əsasında müzakirə olunub.
 
 
Mətbuat və informasiya şöbəsi