İnklüziv təhsil: gələcəyə aparan yol

İnnovativ və yeni düşüncəli startapların yaradılması və fəaliyyətinin stimullaşdırılması hər bir uğurlu ali təhsil müəssisəsi üçün gələcəyə hesablanmış strateji hədəflərdən hesab olunur. Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın “Universitet üzrə startap qruplarının işinin təşkili və innovativ fəaliyyətin dəstəklənməsi tədbirləri barədə” əmrini rəhbər tutaraq, Məktəbəqədər və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrasının nəzdində startapçı müəllimlərimizin təşəbbüslərinin dəstəklənməsinə yönələn “İnklüziv təhsilə dəstək” Startap Qrupu yaradılıb.
 
Startap Qrupunun məqsədi İnklüziv təhsil siyasətinin həyata keçirilməsi, tələbələrin bu sahədə zəruri bilik, bacarıq və səriştə qazanması, həmçinin İnklüziv təhsil üzrə həm nəzəri, həm də praktik baxımdan peşəkar müəllimlərin hazırlanmasını təmin etmək, təhsilə müasir yanaşmaların və yeni fənn proqramlarının uğurlu tətbiqinə nail olmaq, yaradıcı pedaqoji kadrlar hazırlamaqdır. 
 
Məlumat üçün bildiririk ki, 21-23 iyun 2021–ci il tarixlərində “İnklüziv təhsilə dəstək” Startap Qrupu BSU-nun TLC Mərkəzində seminarlara start verir. Belə ki, Qrupun startapçıları, İbtidai təhsil kafedrasının müəllimləri Sevinc Qarayeva və Arzu Məmmədova tərəfindən “Məktəbəqədər təhsil”, “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan buraxılış ili tələbələri üçün İnklüziv təhsil: gələcəyə aparan yol devizi ilə üçgünlük təlimin keçirilməsi nəzərdə tutulub.Təlimin sonunda hər bir tələbənin aşağıdakı təlim nəticələrini əldə edə bilmələri müəyyən edilib: insan hüquqlarına əsaslanan inklüziv təhsil, Azərbaycanda inklüziv təhsilin inkişafı, əlilliyin sosial modeli, öyrənmə, refleksiya, inklüziv təhsil üçün əməkdaşlıq, inklüziv sinif təcrübəsinin planlaşdırılması, uşağa yönələn pedaqogika, universal təlim dizaynı (UTD), diferensiallaşdırma və inklüziv siniflərdə qiymətləndirmə, uşaq və ailə dəstək planlarını öyrənmək məqsədilə başqaları ilə əmək¬daşlıq etməyin vacibliyi və bu sahədə müəyyən səriştələrin qazanılması.
 
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
 
 
Mətbuat və informasiya şöbəsi