Bakı Slavyan Universitetinin tələbələri 6 İyun-Beynəlxalq Rus Dili Günü ilə bağlı keçirilən tədbirdə iştirak ediblər

      

İyunun 6-da Quba regional “Asan xidmət” Mərkəzinin təşəbbüsü,"ASAN Könüllüləri" Təşkilatının, "ASAN Könüllülük" Məktəbinin və Bakı Slavyan Universitetinin (BSU) birgə əməkdaşlığı ilə 6 İyun –Beynəlxalq Rus Dili Günü ilə bağlı tədbir keçirilib.Tədbirdə BSU-nun Pedaqoji fakültəsinin Xarici dil müəllimliyi ixtisasının(Rus dili üzrə) IV tədris ilinin 405-ci qrup tələbəsi Xanım Məmmədova,Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsinin Regionşünaslıq ixtisasının(Ukrayna üzrə)IV tədris  ilinin 401-ci qrup tələbəsi Zərifə Allahverdiyeva iştirak ediblər.

Qeyd edək ki,tədbirdə Rusiya Federasiyasının, Polşa Respublikasının, Çex Respublikasının, Bolqarıstan Respublikasının və Şimali Makedoniya Respublikasının etimologiyası, etnoqrafiyası, tarixi, mədəniyyəti, incəsənəti, dili və s. haqqında geniş  məlumat verilib və bu ölkələrin milli-mənəvi dəyərlərinə aid olan ləvazimatlar əyani olaraq göstərilib.

 

Mətbuat və informasiya şöbəsi