Bakı Slavyan Universitetinin tələbələri “Bolqarıstan uşaqların gözü ilə”adlı rəsm sərgisində iştirak ediblər-FOTOLAR

      

      

      

      

 

İyunun 1-də “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğunda “Bolqarıstan uşaqların gözü ilə”adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.Qeyd edək ki,sərgi Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümünə həsr edilib.Sərginin açılış  mərasimində Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Günel Məmmədova,Əli Hüseynov,Bəhram Umudlu və  Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbəsi Aysun Bağıyeva  da  iştirak ediblər.

Tədbirdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Yankov, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri İslam Baxşəliyev,Xarici İşlər Nazirliyinin nümayəndələri, “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov və digər şəxslər iştirak ediblər.

Səfir Nikolay Yankov Bolqarıstanla Azərbaycan arasında bütün sahələrdə,o cümlədən humanitar sahədə əlaqələrin inkişafından danışıb və bu əlaqələrin inkişafını sübut edən amil kimi BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzinin və Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına  Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsini xüsusi vurğulayıb.

 Tədbirdə çıxış edən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri İslam Baxşəliyev sərgi haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.

Sərgi iki gün davam edəcək.

 

                                                                    Mətbuat və informasiya  şöbəsi