Bakı Slavyan Universiteti XI İnternational Education Fair-2021 onlayn sərgisində iştirak edib

      

   

Bakı Slavyan Universitetinə(BSU) əcnəbi vətəndaşların cəlbinin təşviqi ilə bağlı 2021-ci il üçün Fəaliyyət Planının 6-cı bəndinə əsasən, BSU 27-28 may 2021-ci il tarixində Gürcüstan Respublikasında keçirilmiş XI International Education Fair-2021 onlayn sərgisində iştirak edib.
 
Tədbirin əsas onlayn platforması olan https://educationfair.ge/participant/baku-slavic-university saytında universitetimizlə bağlı bütün məlumatlar müvafiq şəkildə yerləşdirilib.
 
Mayın 28-də BSU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültəsinin dekanı Ülviyyə Məmmədova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İnci Əbdüləzizova tərəfindən ingilis və rus dillərində 2 saatlıq vebinar keçirilib.
 
 Vebinar zamanı BSU-nun fəaliyyətindən, o cümlədən xarici vətəndaşların qəbulu, ikili diplom proqramları, tələbə vizasınınn alınması və digər məsələlərlə bağlı iştirakçılara ətraflı məlumat verilib və təqdimat nümayiş etdirilib.
 
Məlumat üçün qeyd edək ki, sərgidə dünyanın 18 ölkəsindən (Türkiyə, Belarus, Gürcüstan, Avstriya, İtaliya, İspaniya, Polşa, Fransa, Yunanıstan, Almaniya və s.) təhsil müəssisələri və beynəlxalq təşkilatlar iştirak ediblər.
 
 
Mətbuat və informasiya şöbəsi