Auditoriya + layihəsi

      

Mayın 27-də  İbtidai təhsil kafedrası tərəfindən kafedranın nəzdində fəaliyyət göstərən Auditoriya+ layihəsi çərçivəsində növbəti seminar təşkil edilib.. Seminar Məktəbəqədər və ibtidai təhsil fakültəsinin  Ism 101-ci  qrupunda , ITP-I dərsində aparılıb.Dərsdə İbtidai təhsil kafedrasının müdiri,dosent Aytəkin .Axundova və kafedranın əməkdaşları iştirak ediblər.Seminarı İbtidai təhsil kafedrasının müəllimləri dosent Şükufə Ağakişiyeva və müəllimi Məleykə Həmidova  təşkil ediblər.

Seminarın mövzusu “Kurikulum: Bilik və fəaliyyət ” idi. Məruzə üçün “ Sağlam təhsil-sağlam millət” layihəsinin pedaqoji blokunun məktəblər üzrə metodisti, İTE, UNİCEF, TİPİM, Odlar Yurdu təşkilatının 28 -dən çox layihəsinin təlimçisi , mentor  Aygün Cəfərova dəvət olunmuşdu.

Tədbirin sonunda Aygün Cəfərova tələbələrin kurikulumla bağlı suallarını cavablandırıb və İbtidai təhsil kafedrasında belə silsilə tədbirlərin təşkilini alqışlayıb.