Bakı Slavyan Universitetinin Magistrantlar Şurasının üzvləri Hərbi Qənimətlər Parkına ekskursiya ediblər

      

Mayın 26-da  Bakı Slavyan Universitetinin Magistrantlar Şurasının üzvləri  Hərbi Qənimətlər Parkına ekskursiya ediblər. Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismindən və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərindən ibarətdir. Qeyd edək ki,xalqımızın birliyinin, vətənpərvərliyinin, həmrəyliyinin, qələbəsinin nəticəsi olan Hərbi Qənimətlər Parkına ekskursiya magistrantlarda unudulmaz və qürurverici  təəssürat hissi oyatmışdır.

 

                                                             Mətbuat və informasiya şöbəsi