Mayın 18-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə İttifaqın ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar təşkilatlarının sədrləri və fəal üzvləri Hərbi Qənimətlər Parkına ekskursiya ediblər. Qeyd edək ki, ekskursiyada Bakı Slavyan Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əkrəm Mirzəzadə və fəal tələbə-gəncləri iştirak ediblər. Hərbi Qənimətlər Parkına ekskursiya onlarda xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, qürurverici hisslər yaşadıb.
Mətbuat və informasiya şöbəsi