Bakı Slavyan Universitetinin tələbələri sərgidə iştirak ediblər

      

Mayın 7-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında müasir müstəqil dövlətimizin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərgi keçirilib. Sərgidə Bakı Slavyan Universiteti (BSU) Tələbə Gənclər Təşkilatının sədr müavini Rəhilə Yusifova və I tədris ili tələbələri də iştirak ediblər.Sərgi zamanı ulu öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyəti,banisi olduğu dövlət gənclər siyasəti haqqında geniş məlumat verilib. Eyni zamanda tələbə-gənclər böyük siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan rəsm əsərləri ilə də tanış olublar.

 

Mətbuat və informasiya şöbəsi