Bakı Slavyan Universitetinin tələbələri və " Davam" Gənclər Hərəkatının üzvləri şəhid polkovnik İlqar Mirzəyevin məzarını ziyarət ediblər

  

   

Mayın 8-i Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020-ci il iyul ayının 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür. Bu münasibətlə Bakı Slavyan Universitetinin tələbələri "Davam" Gənclər Hərəkatının üzvləri ilə birlikdə II Fəxri xiyabanda   xalqımızın bu igid,vətənpərvər oğlunun məzarını ziyarət ediblər. Ziyarət zamanı onlar şəhid polkovnik İlqar Mirzəyevin xatirəsinə dərin ehtiramlarını ifadə edərək məzarı önünə gül dəstələri düzüblər. Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin IV tədris ili tələbəsidir.

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Mətbuat və informasiya şöbəsi