Bakı Slavyan Universitetinin müəllim və tələbələri xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər-FOTOLAR

    

    

May ayının 10-da xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Bu münasibətlə mayın 8-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə bu ali təhsil müəssisəsinin prorektorları, fakültə dekanları və digər müvafiq struktur bölmələrinin məsul şəxsləri və Tələbə Gənclər Təşkilatının fəal üzvləri Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını ifadə edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

 

BSU-nun Mətbuat və informasiya şöbəsi