Bakı Slavyan Universitetinin tələbəsi Elxan Verdiyev “Nizami Gəncəvi İli”nə həsr olunan tədbirdə iştirak edib

     

Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvü, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin I tədris ili tələbəsi Elxan Verdiyev Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş onlayn tədbirdə iştirak  edib.

Elxan Verdiyev tədbirdə böyük şair və mütəfəkkir Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının qəhrəmanı Xosrov rolunda çıxış edib və “Leyli  və Məcnun” poeması haqqında ətraflı məlumat verib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Mətbuat və informasiya şöbəsi