Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 28 ali təhsil müəssisəsindən 80-ə yaxın əcnəbi tələbə Hərbi Qənimətlər Parkını ziyarət edib. Əcnəbi tələbələr 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.
Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişi barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Qeyd edək ki, ziyarət tədbirində respublikamızın digər universitetlərinin əcnəbi tələbələri ilə bərabər Bakı Slavyan Universitetinin əcnəbi tələbələri də iştirak ediblər.
Mətbuat və informasiya şöbəsi