BSU-nun tələbələri “Şəhid qardaşıma məktub” müsabiqəsində iştirak edəcəklər

   

Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının dəstəyi ilə 27 sentyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhid qardaşıma məktub” müsabiqəsi keçiriləcək. Bununla əlaqədar olaraq aprelin 22-də Bakı Slavyan Universitetində (BSU)  müsabiqədə iştirak edəcək gənclərlə onlayn görüş keçirilib.

Görüşdə  Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP-ın Nəsimi Rayon Təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının sədri, dosent Sevinc Axundova, Partiyanın  BSU üzrə Gənclər Birliyinin İdarə Heyətinin üzvləri və fəal tələbələr iştirak ediblər.

Onlayn görüşdə müsabiqənin keçirilmə qaydaları və mövzusu barədə tələbələrə ətraflı məlumat verilib.

 

Mətbuat və informasiya şöbəsi