“Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir” məqaləsinin onlayn müzakirəsi keçirilib

      

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Zümrüd Məlikovanın “Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir” məqaləsi 2021-ci il 31 mart tarixində “İki sahil” qəzetində dərc olunub.

Aprelin 22-də adıçəkilən məqalənin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II və III tədris ili tələbələri üçün onlayn müzakirəsi keçirilib. Onlayn müzakirədə çıxış edən dosent Zümrüd Məlikova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın xarici siyasətinin yaxın perspektivdə hədəflərini reallaşdırmaq istiqamətində səylərini artıracağını vurğulayır. Prezident İlham Əliyev daxili siyasətlə yanaşı, xarici siyasət məsələlərində yeritdiyi siyasi kursun düzgün və səmərəli olduğunu sübuta yetirdi.  Dövlətin əsas vəzifəsinin işğal edilmiş ərazilərin azad olunması və bu istiqamətdə prinsipial xarici siyasətin yeridilməsi olduğunu bəyan etdi. Dosent Z.Məlikova qeyd edib ki, Vətən müharibəsində əldə olunan zəfər Prezident İlham Əliyevin güclü siyasi iradəsi, mahir diplomatik bacarığı, dövlətin qarşısına qoyduğu məqsəd və vəzifələrə çatmaq üçün yürütdüyü ardıcıl siyasəti nəticəsində qazanıldı. Azərbaycanın müstəqilliyi bizim ən böyük sərvətimiz, Vətən müharibəsində əldə etdiyimiz Qələbə qürur mənbəyimizdir.

Sonra məqalənin mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

 

Mətbuat və informasiya şöbəsi