Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professoru Habil Məmmədovun “Azərbaycanda vətənpərvər gənc nəsil yetişib” adlı məqaləsi 2021-ci il 20 mart tarixində “İki sahil” qəzetində dərc olunub.
Aprelin 22-də adıçəkilən məqalənin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbələri üçün onlayn müzakirəsi keçirilib. Onlayn müzakirədə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının əməkdaşlarından dosent Adil Rəcəbli, dosent Zümrüd Məlikova, kafedranın müəllimi Yaqut Sərdarova, magistrantlardan Nəcəf Manafov, AyşənVaqifzadə, tələbələrdən Tamella Quliyeva bildiriblər ki, məqalədə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi dərin analitik təhlil edilib, gənc nəslin qazandığı uğurlar və onların qəhrəmanlıqlarından geniş bəhs olunub. Müzakirələr zamanı Ümummili lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin gənclərin milli ruhda yetişdirilməsi istiqamətindəki rolu, dövlətimizin apardığı uğurlu gənclər siyasəti xüsusi vurğulanıb.
Sonda çıxışçılar məqalənin müəllifi professor Habil Məmmədova bu günümüzlə səsləşən aktual məsələlərə məqaləsində yer ayırdığına görə minnətdarlıq ediblər.
Mətbuat və informasiya şöbəsi