"Tariximizin unudulmaz səhifələri" məqaləsinin onlayn müzakirəsi keçirilib

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyevin “Tariximizin unudulmaz səhifələri” sərlövhəli məqaləsi “Xalq qəzeti”nin 6 aprel 2021-ci il tarixli sayında dərc olunub.

BSU-nun fəal  tələbələrinin müraciəti ilə adıçəkilən məqalənin aprelin 21-də fakültədə onlayn müzakirəsi keçirilib. Müzakirədə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin müəllimləri və fakültənin  fəal tələbələri iştirak ediblər.

Onlayn ictimai müzakirədə iştirak edən müəllim və tələbə-gənclər məqalənin yüksək elmi-siyasi səviyyəyə malik olduğunu vurğulayıblar.

 

Mətbuat və informasiya şöbəsi