Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları " adlı ədəbi-musiqili tədbir keçiriləcək

Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə 2021-ci il aprel ayının 13-də saat 11:30-da "Nizami Gəncəvinin əsərlərində qadın obrazları"adlı tədbir keçiriləcək. Qeyd edək ki,tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq keçiriləcək.

 


Mətbuat və informasiya şöbəsi