“Slavic Open 2”intellektual bilik yarışmasının qalibləri

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının nəzdində Gənc Diplomatlar Klubunun və MUN Klubunun birgə təşkilatçılığı ilə tələbə-gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri məqsədilə ənənəvi layihə olan "Slavic Open 2" intellektual bilik yarışması onlayn formada keçirilib. Yarışda 27 nəfər tələbə iştirak edib.

Yarış aşağıdakı mövzularda keçirilib:                                            

  1. İkinci Dağlıq Qarabağ müharibəsi
  2. Beynəlxalq münasibətlər 2021
  3. Ümumi                                                                                                                    

  Sonda qalib gələn tələbələr sertifikat ilə təltif olunublar. Qalib olan tələbələr aşağıdakılardır :                           

 1.Sənan Nəbizadə

 2.Gülər Həmidova və Qumral İbrahimova                                  

 3.Fidan Əhmədova

 

Mətbuat və informasiya şöbəsi